Ana səhifə / Siyasət / Ramil Usubov Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verdi

Ramil Usubov Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verdi

Daxili işlər naziri Ramil Usubov daha bir kadr dəyişikliyi edib.  Azinforum.az  saytı xəbər verir ki, Mia.az-a daxil olan məlumata görə, nazirin əmri ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə rəis müavini, polis polkovniki Sabiq Quliyev tutduğu vəzifədən azad olunub.

Nazirin digər əmri ilə S.Quliyev Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis müavini təyin olunub. Baş Pasport, Qeydiyyatvə Miqrasiya İdarəsinin rəis müavini Levan Qurskaya isə Baş Mühafizə İdarəsinə gətirilib. DİN mətbuat xidmətinin rəsmisi Ehzan Zahidov faktı təsdiqləyib.

Criminal.az saytı xatırladır ki, Levan Qurskayanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yaxın qohumudur. L. Qurskaya Ramiz Mehdiyevin baldızının oğludur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın