Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Ramil Usubov Mingəçevirin rəisini işdən çıxardı

Ramil Usubov Mingəçevirin rəisini işdən çıxardı

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

” Azinforum.az ” AzVision.az-a istinadən xəbər verir ki, nazir Ramil Usubovun müvafiq əmri ilə Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Əli İbrahimov vəzifəsindən azad edilərək Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Sabirabad rayon Polis Şöbəsinin (PŞ) Cinayət Axtarış Bölməsinin rəisi Vüsal Şəbəndiyev Neftçala rayon Polis şöbəsinin rəis gətirilib.

Bundan başqa Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov da pensiya yaşına çatdığına görə, daxili işlər orqanlarından xaric edilib.

Qeyd edək ki, avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində Hacıyev Bəhruz Dilsuz oğlunun intiharından sonra şəhərdə baş verən qarşıdurmada bir neçə məsul şəxs cəzalandırılmışdı, prezident İlham Əliyev işi nəzarətə götürmüşdü.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın