Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ramil Usubov Ağcabədiyə yeni rəis göndərdi

Ramil Usubov Ağcabədiyə yeni rəis göndərdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Qusar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Ağcabədi Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yeni təyinat xəbərini təsdiqləyiblər. Xatırladaq ki, M. İbrahimov bir neçə il əvvəl Qusarda vəhhabilərə qarşı keçirilən xüsusi əməliyyatda yaralanıb. Onu da qeyd edək ki, Ağcabədinin bundan əvvəlki rəisi Şamil Seyidli bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın