Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət /  Ramazanda “Hər ay bir gün”

 Ramazanda “Hər ay bir gün”

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Hər ay bir gün” adlı növbəti aksiyasını Bakı şəhərində həyata keçirib. Birliyin sədri Sevinc Əzimbəylinin yeniufuq.org-a verdiyi məlumata görə, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə milli-mənəvi dəyərlərimizi təbliğ etmək, vətənpərvərlik hisslərini ölkə gəncləri arasında yüksəltməkdir. Müqəddəs Ramazan ayında bu aksiyanın təşkili də ölkə gənclərinə milli və mənəvi dəyərlərimizə sahib olma yolunda vətənpərvərlik çağırışıdır. Sevinc Əzimbəylinin sözlərinə görə,Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarını mübarək Ramazan ayında anmaq özü də bir ibadətdir. Gənclər,Bakı şəhərində fərqli yerlərdə müqəddəs şəhidlərimizin anım lövhələrinin üzərində və ətrafında təmizlik işlərini həyata keçiriblər.

Mirrəsul
 

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın