Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Rafil Hüseynov milyonları hara sərf edib? – Masallıda “üzən manat”

Rafil Hüseynov milyonları hara sərf edib? – Masallıda “üzən manat”

Gördüyünüz bu şəkillər Masallı rayonunun “Mərkəzi bazar” deyilən ərazisində çəkilib. Bura rayonun mərkəzi sayılır. Amma bu ərazidə qışda gölməçələr, yayda toz əlindən tərpənmək bu mümkün deyil.
Arqument.Azı-ın əməkdaşı xəbər verir ki, həm avtomobillərin, həm piyadaların keçdiyi, hərəkət etdiyi bu yolun vəziyyəti icra başçıları dəyişilsə də, necə var elə də qalır, hətta daha da ağırlaşır.
Hər yeni gələn icra başçısı öz “zövqünə” uyğun yolu qazdırır, daha da bərbad hala qoyur. Evdən geyinib-keçinib bazarlığa gələn rayon sakini bilmir ki, gölməçəyə düşməmək, yanından keçən maşının onu palçıqlı suyla “bəzəməməsi” üçün ayağının altına, ətrafına baxsın, yoxsa satılan malların qiymətinə, keyfiyyətinə, satıcının tərəzidə onu aldadıb-aldatmamasına.
Beləcə hamı deyinə-deyinə, söyə-söyə aman-zaman bir dənə tapıb əyninə keçirdiyi bayramlıq paltarını, ayaqqabısını bir günün içində numdaş edib evinə dönür.
Masallının icra başçısı Rafiq Hüseynov isə mediada rayonun problemləri ilə bağlı yazılan yazılara müxtəlif vasitələrlə “təmizlətdirir”, ya da jurnalistlərə təzyiqlər edir. Rayonun sosial-iqtisadi inkişafı ümün ayrılan milyonların isə taleyi qaranlıq qalır. Dəfələrlə bu mövzu gündəmə gətirilsə də, təəssüflər olsun ki, problem həllini tapmır. Beləliklə, yəqin ki, yaxın zamanlarda Masallı bazarında hərəkət etmək üçün “qayıq”dan istifadə olunacaq. Devalvasiya dövründə “üzən məzənnə”yə keçid deyəndə də yəqin, bunu nəzərdə tutublar.
Bazarın gerçək durumunu əks etdirən fotoları təqdim edirik:

Rafil Hüseynov milyonları hara sərf edib?
Rafil Hüseynov milyonları hara sərf edib?
Rafil Hüseynov milyonları hara sərf edib?
Rafil Hüseynov milyonları hara sərf edib?
Rafil Hüseynov milyonları hara sərf edib?
Rafil Hüseynov milyonları hara sərf edib?
Rafil Hüseynov milyonları hara sərf edib?

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın