Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Rafael Dadaşov reanimasiyaya yeriləşdirildi

Rafael Dadaşov reanimasiyaya yeriləşdirildi

“Dünən səhhətim bir-birdən pisləşdi, halsızlaşdım. Hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində müalicə alıram”.

Bunu APA-ya açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov deyib.

Xalq artisti bildirib ki, şəkər və yüksək təzyiqdən əziyyət çəkir: “Məni əsas incidən təzyiqdir. Şəkər də bəzən əziyyət verir. Görünür, yaş da özünü göstərir. Görürsünüz, səsim yaxşı gəlir, sizinlə xoş əhvalla danışıram, amma reanimasiyaya yerləşdiriblər. Heç kim narahat olmasın. Sadəcə, müalicə intensiv aparılsın deyə, palataya yox, reanimasiyaya yerləşdirdilər. Həkim nəzarətindəyəm, ümid edirəm tezliklə sağalıb xəstəxanada çıxacağam”, – deyə o bildirib.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın