Ana səhifə / Siyasət / Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqsirləndirilən şəxslərə qarşı 163 milyon manatlıq iddia qaldırıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqsirləndirilən şəxslərə qarşı 163 milyon manatlıq iddia qaldırıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda bildirilib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqsirləndirilən şəxslərə qarşı 163 milyon manat mülki iddia qaldırıb.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, birliyin baş mühasibi Anar Mustafayev, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov ,“Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov və MMC-nin baş mühasibi Səhrab Hümbətov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunurlar, onların barəsində həbs qətimkan tədbiri seçilib

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın