Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Rabitə işi”ndə dövlətə vurulan 19 milyon manat ödənilib – Zakir Qaralov

“Rabitə işi”ndə dövlətə vurulan 19 milyon manat ödənilib – Zakir Qaralov

“Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi dövlət və özəl sektorun 298 vəzifəli şəxsi barəsində 182 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərib”.
Bunu Baş Prokurorluqda 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov deyib.
O bildirib ki, həmin işlər üzrə vurulan 202 milyon 430 min manat maddi ziyandan 31 milyon 752 min manatının ödənilməsi təmin edilib, 78 milyon 283 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.
Z.Qaralov eyni zamanda qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin dövlət əmlakının mənimsənilməsi və digər qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq 11 vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Vurulmuş ziyanın 18 milyon 778 min manatının ödənilməsi təmin edilib, 66 milyon 985 min manat məbləğində əmlakın üzərinə həbs qoyulub.

 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın