Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Rəsul Quliyev sevindi, lideri olduğu partiyanın sədri onu qınadı – QALMAQAL

Rəsul Quliyev sevindi, lideri olduğu partiyanın sədri onu qınadı – QALMAQAL

Ermənistan baş naziri Nikol Paşinyan martın 1-də İrəvanda on minlərlə insanın qatıldığı mitinq keçirdi. Baş nazirin mitinqinə qatılanların sayı müxalifətin mitinqinə gələnlərin sayından dəfələrlə çox oldu.

Milli Məclisin keçmiş spikeri Rəsul Quliyev özünün facebook səhifəsində bildirib ki, mitinqləri müqayisə etsək, artıq Paşinyanın dinc yolla istefaya göndəriləcəyinə inanmaq mümkün deyil: “Əslində Ermənistanın generalları Qarabağdakı ağır məğlubiyyətlərinə görə xəcalətlərindən yerə girməli idilər. Ancaq əksi baş verib. Onlar həyasızlıqla  revanşist müxalifətlə birləşib Paşinyanı istefaya göndərmək istəyirlər. Fikrimcə, ölkənin daxilində dövlət çevrilişi etmək istəyən Serj Sərkisyan, Robert Köçəryan, Vazgen Manukyan və başqa yaramazlar onlara kənarda ağalıq edənlərlə birlikdə Paşinyanı kənarlaşdıra bilməyəcəklər”.

Rəsul Quliyevi özünə lider elan edən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bildirib ki, Paşinyanın Ermənistanda meydana çox adam yığması müəyyən insanlarımızda sevinc yaradıb: “Görəsən, niyə? Mən də anlayıram ki, bu mitinq təkcə Paşinyana dəstək mitinqi deyildi. Bu mitinq həm də erməni xalqının 10 noyabr atəşkəs razılaşmasına olan münasibətidir. Amma yenə də bizdə müəyyən şəxslərin Paşinyandan artıq sevinmələrini anlamaq çox çətindir. Erməni xalqının öz səhvini dərk etməsinə haradasa sevinmək olar, amma Paşinyanın yerinə əsla!

Unutmaq lazım deyil ki, Şuşada yallı oynayıb ardınca da “Qarabağ Ermənistandır, nöqtə” deyən, 3000-ə yaxın igid qardaşlarımızın şəhid olmasına səbəbkar olan müharibəni başlatmış və Azərbaycandan yeni ərazi qoparmaq sevdasına düşmüş şəxs də elə bu Paşinyandır. Bugünkü erməni xalqını qəflət yuxusundan oyatmış, xülyalarla yaşamasına son qoymuş ən uca şəxslər isə müqəddəs şəhidlərimizdir. Məhz igid şəhidlərimizin, qazilərimizin sayəsində bu gün yaşananları görməkdəyik”.

Partiya sədrinin sözlərinə görə, anlamaq lazımdır ki, Paşinyan erməniləri o meydana Xankəndini, Xocalını, Ağdərəni, Xocavəndi bizə vermək üçün yığmamışdı: “Paşinyan öz hakimiyyətini qorumaq, Rusiyanın təsirindən çıxmaq, ən əsas da bu gün ona qarşı çıxan daxili və xarici qüvvələri susdurmaq üçün xalqını meydanlara toplamışdı… Heç kim Paşinyandan Saakaşvili düzəltməyə əbəs yerə cəhd göstərməsin!”. Musavat.com

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …