Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Rəsul Quliyev: “Rəsulzadə birinci, Elçibəy isə ikinci müstəqilliyin banisi deyil”

Rəsul Quliyev: “Rəsulzadə birinci, Elçibəy isə ikinci müstəqilliyin banisi deyil”

Sabiq parlament spikeri Rəsul Quliyev Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəylə bağlı yeni iddialar ortaya qoyub.

Azinforum.az xəbər verir ki, bu barədə eks-spiker sosial şəbəkələrdə fikrini ifadə edib.

Rəsul Quliyev yeni iddialarını 28 May Respublika Günündə açıqlayıb.

O bəyan edib ki, Azərbaycanın birinci dəfə müstəqillik qazanmasının 98-ci ildönümüdür: “Bu il həmçinin ikinci dəfə müstəqilliyin qazanılmasının 25-ci ildönümü olacaq. Hər iki halda müstəqilliklər rus imperiyasının dağılması nəticəsində baş tutub. Nə birinci müstəqilliyin banisi M.Ə.Rəsulzadədir (ümumiyyətlə, müstəqillik aktı qəbul ediləndə Rəsulzadə Tiflisdə olmayıb, müstəqillik deklarasiyasının yazılmasında iştirak etməyib və müstəqillik elan ediləndən sonra bu işin baş verdiyindən xəbər tutub. O da təbii idi, çünki o dövrdə telefon, teleqrafdan ancaq məhdud sayda insanlar istifadə edə bilərdi və Rəsulzadəyə Tiflisdə səfirliyi olan türklər bu işin baş tutduğunu dedilər.) nə də 2-ci müstəqilliyin banisi Əbülfəz Elçibəy.

Çünki müstəqillik veriləndə Mütəllibov hakimiyyətdə idi və Xalq Cəbhəsi həmin 1991-ci ildə nə “Sovetlərin tərkibində qalmaq istəyirik” referendumunun, nə də Mütəllibovun saxta seçilməsinin qarşısını almaq üçün qorxaq bir addım da ata bilməmişdi. Müstəqilliyin alınmasında 20 yanvar 1990-cı il şəhidlərinin rolu istənilən siyasi qurumdan yuxarı idi.

Müstəqilliyin verilməsi və ya alınması əsas məsələ deyildi. 1-ci müstəqillikdə biz 28 min kvadrat kilometr ərazilərimizi, ən qədim şəhərlərimizdən biri olan İrəvanı ermənilərə bəxşiş kimi verdik. Rusların qanlı ordusunu bir güllə atmadan belə (10 minlik rus ordusunun qarşısına 40 minlik ordu qoymaq mümkün idi) ölkəmizi yenidən işğal etməyə imkan verdik. 2-ci müstəqillikdən sonra əlavə 20 min kvadrat kilometri ermənilərə verdik”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın