Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Rəsul Quliyev: “İstərsəniz, Azərbaycan Ermənistanla sərhəddə 2.7 min kvadrat kilometri sizə versin”

Rəsul Quliyev: “İstərsəniz, Azərbaycan Ermənistanla sərhəddə 2.7 min kvadrat kilometri sizə versin”

“Ermənilər bir məsələni anlamağı qarşılarına məqsəd kimi qoymalıdırlar. İlk növbətə indi 18-ci, 19-cu hətta 20-ci əsr olmadığını başa düşməli və qəbul etməlidirlər. Ermənistanın indiki torpaqları 19-20-ci əsrlərdə “Başqalarının torpaqlarını işğal etmək yolu ilə sahib çıxmağ olar” prinsipləri əsasında formalaşıb. 19-cu əsrdə Rusiya “Mən qolu güclüyəm, torpaqları Azərbaycandan alıb ermənilərə verirəm, bu mənim zorumu göstərir və heç kim mənim əleyhimə çıxa bilməz” siyasəti idi. “Krım da xoşuma gəlir, mənim sərhədimdədir, onu da Osmanlı imperiyasından alıram, kim mənə nə deyə bilər?” siyasətinin qurbanıdır. Ancaq artıq 20-ci əsrdə başqasının torpaqlarını işğal edib özününküləşdirmək artıq mümkün olmadı”.

Bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

“Bu yaxınlarda ABŞ hökuməti heç vaxt Baltikyanı ölkələrin sovetlərin tərkibində olduğunu qəbul etmədiyini açıqladı. Sovetlərin Yaponiyadan qopartdığı adaların heç vaxt Rusiyanın olmayacağına Putin tipli imperiya dəliləri inanırlar. Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayacaq. Bunu anlamamaq qanmazlıqdır. İndi iş elə gətirib biz qonşu ölkələr olmuşuq. Erməni xalqı, işğal etdiyiniz Azərbaycan torpaqlarının heç bir qarışı da sizə verilməyəcək. Bunu anlamamaq əbləhlikdir. Ona görə də uzun müddətli güclü Azərbaycanla cılız Ermənistanın bu torpaqlar üsrtündə vuruşması ancaq və ancaq sizin bir dövlət kimi süqutunuza gətirib çıxaracaq. Oturub hamının qəbul edəcəyi bir müqavilə üzərində işləmək lazımdır. Qarabağın 4.6 min kvadrat km sahəsi var. Onun təqribən 2.7 minində ermənilər, 1.9-da aqzərbaycanlılar yaşayıb. İstərsəniz həmin 2.7 min kvadrat kilometri Ermənistanla sərhəddə Azərbaycan sizə versin və siz Dağlıq Qarabağı bütövlüklə tərk edin, istərsəniz öz torpaqlarınızda qalın, əvvəlki kimi Azərbaycan hökumətinin zəmanəti altında və ya buna uyğun alternativ təklif verin müzakirə edək. Bu müqavilənin müzakirəsində Ermənistan və Azərbaycan iştirak etməlidir, vəssəlam. Müqavilə bağlananda bir çox ölkələr şahid kimi iştirak edə bilər. Bu çox qısa bir formuladır, ciddi sənəd deyildir. Ancaq sizin üçün çox əhəmiyyətli addım ola bilər” – R.Quliyev qeyd edib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …