Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Rəsul Quliyev Elçibəyə “agent” ittihamlarından danışdı

Rəsul Quliyev Elçibəyə “agent” ittihamlarından danışdı

“Əbülfəz Elçibəyin lider, prezident kimi çatışmayan cəhətlərindən kifayət qədər danışmaq olar. Ancaq onun KQB-nin ağenti olduğunu iddia etmək absurddur”.

“Yeni Sabah” xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev deyib. O, bildirib ki, Əbülfəz bəy “xaricdə tərcüməçi işləyəndə KQB tərəfindən verbovat olunub “ideyasının heç bir fundamenti yoxdur. 

“Xaricdə işləməyə göndərilən istənilən Sovet vətəndaşı getdiyi ölkədə baş verənlər barəsəndəə KQB və ya XİN-nə məlumat verməli idi, bu işi görmək onun bir vətəndaş kimi borcu idi. Onun üçün agent olmaq lazım deyildi. 

Agent o adamları edirdilər ki, o işlədiyi təşkilatda Sovet vətəndaşlarından danos yazsın. Elçibəy Misirdə hərbiçiləri tərcümə edirdi, hərbiçilərin özlərinin KQB kimi kəşfiyyat idarəsi var idi və onlar KQB-ni distansiyada saxılayırdılar. Ona görə Elçibəyin KQB-nin agenti olmasını iddia etmək olmaz”. 

R. Quliyevin sözlərinə görə Elçibəyi tanıyanlar onun hər hansı bir klanın üzvü olmaq istəyinin sıfırdan da aşağı olduğunu bilirlər: “Elçibəy Qamsaxurdiya və başqa disidentlər kimi bu rejimə təhlükə yarada bilmək səviyyəli dissident deyildi, ona görə də onu zindanda uzun müddətli saxlamağın heç bir mənası yox idi.

Elçibəy xalqını, vətənini sevən adam idi, buna heç bir şəxsin şübhəsi olmamalıdır. 

Elçibəyin nə idarəçilik təcrübəsi var idi nə də idarə etmək həvəsi. Ətrafına yığdığı ondan da təcrübəsiz adamların hərəsinin ağzından bir avaz gələndə çaşıb qalırdı və heç bir qərar qəbul edə bilmirdi. Ən böyük fəlakət bu insanların sıfır bacarıqla ağlasığmaz ambisiyalarının olması idi. Bu komanda ilə onun hakimiyyətdə bir il qala bilməsi möcüzə idi”.

R. Quliyev deyib ki, onun vəzifəyə qoyduğu naşıların sonradan ambisiyalarının qurbanı olub Elçibəyi satmaqları ona çox ağır təsir etmişdi: “Bizim Vaşinqtondakı axırıncı görüşümüzdə bu barədə çox təəsüflə danışırdı.

Elçibəyin səhvləri olub, ancaq onun özünün hansısa marağı naminə xalqının əleyhinə iş görməsini iddia etmək düzgün deyil. Əliyevin adamı olması barədə deyilənlər də əfsanədir. Əliyevin Bakıya gəlməsini istəməyən bir nömrəli insan Elçibəy idi. Təəssüf ki, ətrafındakı cırtan siyasətçilər onu bu işi görmək məcburiyyətində qoymuşdular”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …