Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Rəsul Cəfərov məhkəmədə son söz deyib

Rəsul Cəfərov məhkəmədə son söz deyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azinforum.az-ın  məlumatına görə, məhkəmə prosesində dövlət ittihamçısı Mübariz Mirili replika hüququndan istifadə edərək, ötən gün keçirilən prosesdə müdafiə tərəfinin ittiham tərəfinin qərəzli olması barədə iddialarına cavab verib: “Bu düzgün deyil, ittiham tərəfinin hər hansı qərəzi yoxdur”.

Daha sonra prosesdə Rəsul Cəfərov son söz deyib. O çıxışında hər zaman istintaq orqanına hörmətlə yanaşdığını qeyd edib : “Xahiş edirəm ki, mənim və vəkillərimin çıxışını nəzərə alaraq barəmdə bəraət hökmü çıxarılsın”.

Proses aprelin 16-da davam etdiriləcək. Sabah hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib.

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın