Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Rəsmi Bakı Livana nota verməlidir” – Politoloq

“Rəsmi Bakı Livana nota verməlidir” – Politoloq

“Ermənistan siyasi-hərbi rəhbərliyi tərəfindən Azərbaycanın işğal etdiyi ərazilərdə yaratdığı qondarma separtçı rejimin başçısı Bako Saakyan ABŞ səfərindən sonra, ötən gün Livana gedib.

Beyrutda erməni lobbisinin təşkil etdiyi tədbirlərə qatılıb və bu ölkənin rəsmi şəxsləri tərəfindən qəbul edilib”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi qeyd edib ki, Livan erməni terror təşkilatlarının yarandığı və təlim düşərgələrinin olduğu ölkədir:

“Livan işğala və terrora məruz qalan ölkədir. Buna baxmayaraq erməni terrorizminə qucaq açıb və işğalçı Ermənistanı dəstəkləyir. Rəsmi Bakı Livana nota verməli, İslam Əməkdaşlıq Təşkilatına və Ərəb liqasına Livanın Azərbaycan ərazi bütövlüyünə hörmətsiz yanaşdığına görə, məlumat verməlidir. İKT iclasını çağlrmalı və Livana siyasi ölçü götürülməsini qaldırmalıdır. Göründüyü kimi apreldən sonra başlayacaq Qarabağ danışıqlarının növbəti raudunda rəsmi Yerevanın bu kimi siyasəti, danışıqları sabotaj etməkdir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …