Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Qubad İbadoğlu ReAl və AXCP -ni barışdırmaq istəyir – 5 təklif

Qubad İbadoğlu ReAl və AXCP -ni barışdırmaq istəyir – 5 təklif

“Azərbaycanla Avropa Birliyi arasında danışıqlara dair gedən müzakirələrin səmərəli təşkili üçün 5 təklif irəli sürürəm”.

Bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu yazıb. Onun təklifləri belədir:

1. Real və AXCP partiyaları arasında qarşılıqlı ittihamlara son qoyulsun. Hər iki partiya tərəfdarlarına müraciət edərək sabahdan bu müstəvidə müzakirələrin birtərəfli qaydada dayandırıldığını elan etsin;

2. Real və AXCP partiyaları Azərbaycanla Avropa Birliyi arasında danışıqlara dair rəsmi mövqelərini açıqlasınlar. Artıq belə bir mövqe ADR Hərəkatı tərəfindən ictimaiyyətə təqdim edilib; 

3. İctimai siyasi təşkilatların iştirakı ilə Azərbaycanla Avropa Birliyi arasında danışıqlara dair müzakirə təşkil edilsin və bu məsələdə vahid və ya uzlaşmış mövqenin formalaşmasına nail olunsun. Dəyirmi Masa formatında müzakirənin təşkili ilə ADR Hərəkatı məşğuldur. Yaxın zamanlarda tədbirin vaxtı və yeri barədə dəqiq məlumat veriləcək;

4. Avropa Birliyinin Azərbaycan nümayəndəliyindən nəyə görə yalnız bir partiyanın nümayəndələrinin Brüssel səfərinə texniki dəstək verdiyi ilə bağlı rəsmi izahat istənilsin. Əslində belə səfərlər müxtəlif siyasi partiya və ictimai təşkilatların təmsilçiliyi ilə qrup şəklində təşkil olunmalıdır; 

5. Avropa Birliyi və Azərbaycan hakimiyyəti arasında danışıqların hazırkı durumu açıqlasın və imzalanmaya təqdim olunacaq sazişin son layihəsini dərc etsin. (Musavat.com)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …