Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Qubad İbadoğlu, heçmi xəcalət çəkmirsən?” – QALMAQAL

“Qubad İbadoğlu, heçmi xəcalət çəkmirsən?” – QALMAQAL

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasından istefa verən Səxavət Əlisoy sədr Qubad İbadoğlunu ittiham edib.

Pravda.az-ın xəbərinə görə, o, Q.İbadoğlunun idarəçiliyini tənqid atəşinə tutub.

“Sən, Qubad İbadoğlu, heçmı xəcalət çəkmirsən, yazdıqlarından? Bir də bax yazdıqlarına. Bu idarəçilik üsulunun adı nədir? Nə qədər qəzetə, sayta zəng etsən də, hərəkətinin üstünü örtə bilməzsən. Sözümü deyəcəm, susacaqsan. Susacaqsan, ona görə yox ki cavab verməyi özünə rəva bilmirsən. Ona görə ki, etdiyin hərəkətin adı yüzdəyüz namərdlikdir. Hansı üzlə cavab verə bilərsən ki? Cavab verməyə cəsarətin yoxdur, amma

“WhatsApp”dakı qapalı qrupda İdarə Heyətinin üzvlərini divara dirəmisən ki, Səxavət Əlisoyla kim çörək yeyib, çay içib etiraf etsin. Bu nə istintaqdır? Mənimlə çörək yemək vətənə xəyanətdir? Sən özün neçə dəfə mənimlə müxtəlif məkanlarda çörək yemisən? İdarə Heyətinin bəzi zavallı üzvlərinə acıyıram. Sualı onlara ünvanlamaq təhqirdən betər… Sən heç vaxt lider ola bilməzsən. Cılız adamlar liderə çevrilmir. Sən ən məsləhətlisi çəkil siyasətdən, get patronlarından qrant almağına. Verdiyin proqnozların da professorluğun kimi bir cəfəngiyyatdır. Bu gün sənə inananlar maskan cırılandan sonra xəcalət çəkəcəklər… Aç qulağını, eşit. Nə Azərbaycanda, nə xaricdə kimsənin qarşısında əyilmədim. Alnıaçıq, qürurla yaşayan, kimsənin qarşısında gözü kölgəli olmayan bir adamam. Sən isə… Əxlaqım yol vermir ki, barəndə göndərilənləri yayam. Başını aşağı sal, qrantını al! Ortaq dostlarımız var. Fikir bildirməyə cəsarəti çatmayanlar oxusun və vicdanı qarşısında kimin haqlı, kimin də haqsız olduğuna cavab versinlər” – o qeyd edib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …