Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Quba RİH-dən biabırçı iddia: “Rayonun dünya okeanlarına çıxışı var”

Quba RİH-dən biabırçı iddia: “Rayonun dünya okeanlarına çıxışı var”

Azərbaycanda rayon icra hakimiyyətləri öz fəaliyyətlərinin yeni dövrün tələblərinə uyğunlaşmaq üçün bir sıra addımlar atırlar. Bunlardan biri də, hər rayon icra hakimiyyətinin rəsmi internet səhifəsinin olmasıdır.
Düzdür, İH saytlarının domen adları fərqlidir. Amma əksər rayon saytları demək olar ki, bir qəlibdən çıxıb. Tərtibatları, kateqoriyaları eynidir. Həmçinin, saytların əksəriyyətində aylarla yenilənmə olmur. Bu da ondan xəbər verir ki, rayon icra hakimiyyətləri rəsmi internet səhifələrini yalnız “yuxarıdan” gəlmiş “hər bir RİH-inin saytı olmalıdır” təlimatını icra etmiş kimi yola verirlər. Bir sıra RİH saytlarında isə maraqlı, bəzən də gülməli məqalələr, məlumatlar, iddialar yer alır. Quba Rayon İcra Hakimiyyətinin rəsmi www.quba-ih.gov.az saytında yer almış bir iddia kimi.
Sözügedən saytda “Coğrafi mövqeyi” adlı bölümdə yer alan iddiaya görə, Quba rayonunun birbaşa dünya okeanlarına çıxışı var. İddia aşağıdakı redaksiyada verilib: Zəngin tarixə və füsunkar təbiətə malik Quba rayonu Azərbaycanın şimal şərqində Quba-Xaçmaz iqtisadi rayonunun tərkibində yerləşir. Quba ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Rayonun ərazisi dünyanın 27 ölkəsindən böyükdür. Quba rayonunun Buduq inzibati ərazi vahidliyinə daxil olan Yalavanc kəndindən Xəzərə, dünya okeanına isə Volqa-Don kanalı və Volqa-Baltik su yolu ilə bilavasitə çıxışı var” (http://www.quba-ih.gov.az/page/13.html).
Professor Altay Göyüşov RİH-nin saytında yer almış bu iddianın gülünc olduğunu bildirib: “Əvvəla, Yalavanc kəndi inzibati cəhətdən Quba rayonundadır, amma coğrafi cəhətdən Şabranda. Buduqa aid edilməsinin səbəbi isə linqvistikdir. Çünki yalavanclılar buduq dilində danışır. Amma söhbət onda deyil. Sohbət ondadır ki, o məntiqlə Azərbaycan da dörd tərəfdən okeanla əhatə olunub. Bir də gülməlisi odur ku, yazıblar “bilavasitə”. Yəni, Qubanın vasitəsiz, birbaşa dünya okeanlarına çıxışı var”.
(moderator.az)

Quba RİH-dən biabırçı iddia: “Rayonun dünya okeanlarına çıxışı var”

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın