Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Qorboçovun ən böyük nöqsanı odur ki…”- Əbülfəz Elçibəy

“Qorboçovun ən böyük nöqsanı odur ki…”- Əbülfəz Elçibəy

1989-cü il 24 dekabr… Azərbaycan çağdaş jurnalistikasının əfsanələrindən sayılan Nəcəf Nəcəfovun Əbülfəz Elçibəydən aldığı müsahibə “Azadlıq” qəzetində yayımlanır.  Müsahibədə bir çox maraqlı məqamlara toxunulur. Azərbaycan Xalq Cəbhəsinin o zamankı problemləri, onun gələcəyi və s. barəsində edilən söhbətlərdə bir çox maraqlı proqnozlar da verilir. Nəcəf Nəcəfov o zaman Elçibəydən  SSRİ-nin ilk və son prezidenti Qorboçov haqqında da soruşur. Elçibəyin cavabı isə maraqlı olur.
Moderator.az saytı Əbülfəz Elçibəydən bəhs edən monoqrafiyalara istinadən, 25 il bundan öncə baş tutan söhbəti təqdim edir:
Nəcəf Nəcəfov: – Əbülfəz bəy, Mixail Qorboçov haqqında sizin fikirlərinizi bilmək maraqlıdır. Bizdə bir çoxları ona münasibətdə “Qarabağ məsələsini” meyar götürürlər. Məncə, o, böyük şəxsiyyətdir..
Əbülfəz Elçibəy: – Qorboçov demokratik hərəkatda müsbət adamdır. O, tarixə ya böyük islahatçı kimi,  ya da böyük demokrat kimi daxil olacaq. Amma o, iki nöqtədə uduzur: birincisi, Qarabağ məsələsində. O, çıxışlarının birində deyirdi ki, Qarabağ problemi yenidənqurmaya arxadan vurulan zərbədir.
İkincisi, SSRİ-də yaşayan türkdilli və müsəlman insanlara münasibətdə. Qorboçovun ən böyük nöqsanı odur ki, o, SSRİ-nin rəhbəri olduğu halda Avropaya üz tutur. Deyir ki, Avropa hamımızın ümumi evidir. Asiya və Şərqin ondan inciməyə haqqı var. Bəs onda Asiya və Şərq hansı evə daxildir? Məncə, dediyim bu cəhət bir siyasi xadim kimi onun əsas nöqsanıdır”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …