Ana səhifə / Siyasət / Qoca Səmədova qarşı milyonlarla manatlıq İTTİHAM

Qoca Səmədova qarşı milyonlarla manatlıq İTTİHAM

Yevlaxın icra başçısı Qoca Səmədov bir neçə MMC ilə əlbir olaraq maliyyə fırıldaqları etməkdə suçlanır. İcra başçısının xüsusi imtiyaz tanıdığı və əsasən “xidmətlər”indən yararlandığı iki şirkət və onlarla birgə həyata keçirilən maliyyə əməliyyatlarının siyahısı məlum olub.

Əlavə şərh və iddialara, o cümlədən bu MMC-lərin kimə məxsusluğu, nə vaxt qeydiyyata alınmaları, hansı “prinsiplər”lə işləmələrinə hələlik toxunmadan siyahını təqdim edirik:

– Yevlax şəhər İcra Hakimiyyətinin sifarişi əsasında digər maşın və avadanlıqların satın alınması məqsədiylə “Yusif-2009″ MMC-yə 29200 manat;

– Yevlax şəhər İcra Hakimiyyətinə dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması məqsədiylə”Yusif-2009” MMC-yə 18000 manat;

– Yevlax şəhər İcra Hakimiyyətindən əsaslı təmir işlərinin satın alınması məqsədiylə “Bayramoğlu” MMC-yə 42000 manat;

– Yevlax şəhər İcra Hakimiyyətindən cari təmir işlərinin satın alınması məqsədiylə “Bayramoğlu” MMC-yə 22350 manat;

– Yevlax şəhər İcra Hakimiyyətinə idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması məqsədiylə “Yusif-2009” MMC-yə 9000 manat;

– Yevlax şəhər İcra Hakimiyyətinə yumşaq inventarların satın alınması məqsədiylə “Yusif-2009″ MMC-yə 18850 manat;

– Yevlax şəhər İcra Hakimiyyətinə avadanlıqların satın alınması məqsədiylə”Yusif-2009” MMC 7875 manat;

Yevlax şəhər İcra Hakimiyyətinə inventarların satın alınması məqsədiylə “Yusif-2009” MMC-yə 28100 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Balçılı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması məqsədiylə “Rəşad-2003” MMC-yə 3950 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Bucaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması məqsədiylə “Rəşad-2003” MMC-yə 3900 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Ərəş kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – digər maşın və avadanlıqların satın alınması məqsədiylə “Rəşad-2003” MMC-yə 6800 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Qarxun kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması məqsədiylə “Rəşad-2003” MMC-yə 4900 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aşağı Qarxun kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – İnventarların satın alınması məqsədiylə “Rəşad-2003” MMC-yə 8000 manat;

Yevlax şəhər İcra Hakimiyyəti başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması məqsədiylə “Rəşad-2003” MMC-yə 5850 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – Digər maşın və avadanlıqların satın alınması məqsədiylə “Rəşad-2003″ MMC-yə 2100 manat;

– Yevlax şəhər İcra Hakimiyyəti başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi – İnventarların satın alınması məqsədiylə” Rəşad-2003″ MMC 4990 manat.

Göründüyü kimi, Qoca Səmədov ancaq və ancaq iki MMC-nin xidmətindən yararlanmaqla, büdcə pullarını idarə etməyə çalışıb. Onun buna hüququ varmı? Və yaxud bu “Tender haqqında” Qanuna uyğundurmu?

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın