Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Qızına cehiz axtaranlar… – 500 manatdan 15 minə qədər +Video

Qızına cehiz axtaranlar… – 500 manatdan 15 minə qədər +Video

Bir tərəfdə çalıb oynayanlar, bir tərəfdə bəzək əşyaları seçənlər, bir tərəfdə də qızına cehiz axtaranlar.

Söhbət ölkəmizdə artıq ənənəvi hal almış Hindistan sərgisindən gedir. “Qafqazinfo” olaraq bu dəfə biz də sərgidə iştirak edib, həm sakinlərin diqqəti, həm də qiymətlərlə maraqlandıq.

Daha çox yaz və payız aylarında təşkil olunan bu sərgi ölkə vətəndaşlarına bir neçə saatlıq da olsa, hind filmlərindən əzbər bildikləri səhnələri yaşadır. Elə bu səbəbdən də nəsə almaq məqsədilə gələnlərlə yanaşı sadəcə ölkə mədəniyyətinə olan maraqlarının onları sərgiyə sövq edənlər də az deyil.

Sərgidə xınadan bəzək əşyalarına, mistik qablardan ev mebellərinə kimi hər şey var. Satıcıların sözlərinə görə, hamısı təmiz Hindistan malıdır. Daha çox maraq isə hind çayına və bəzək əşyalarınadır. Hind çayının qiyməti isə 18 manatdan başlayır.

Qiymətlər ötən ilə nisbətən bir qədər baha olsa da, ümumi götürdükdə hər kəs büdcəsinə uyğun nəsə tapa bilər: 2-3 manata bilərziklər, qiyməti 5-100 manat arasında dəyişən müxtəlif daşlı və işləməli bəzək əşyaları, rəngbərəng sarilər.

Sərgidə şallara və müxtəlif ipək örtüklərə xüsusi diqqət var. Qiymətlər isə belədir: qısa və şifon şərflər 2-5 manat, ipəklər 30-50 manat, xüsusi əl işləri isə 100-150 manat.

Sərgiyə alış-veriş üçün gələnlər arasında qızına cehiz axtaranlar da var. Cehizi burdan axtarmağa səbəb isə əşyaların xüsusi əl işi olmasıdır:

“Burada gördüyünüz bütün mebel əşyaları əl işidir və hind ustaları çoxunun sirrini bizə demir. Əşyaların çoxu hazırda Azərbaycanda istehsal olunmur. Bu səbəbdən də sərgi açılandan insanların marağı yüksəkdir. Keçən il mallar daha aşağı qiymətə gəlmişdi. Qiymət artımının isə 2 səbəbi var: dolların qiymətinin artması və keyfiyyət və çeşidin daha çox olması”.

Əl işi stol-stul dəstlərinin qiyməti isə 500 manatdan 15 min manata kimi dəyişir. Hətta təmiz şir dərisindən hazırlanmış stulların təkcə birinin qiyməti 2 mindir. Ən bahalı mebel dəstinin qiyməti isə 15 mindir:

“Stullarda fil atributları işlənib. Stol qırmızı ağacdan istehsal olunub cə hazırlanması 1 ilə başa gəlir. Dözümlü olduğu üçün yağış, qar, soyuq təsir etmir. Keyfiyyət yüksək olduğu üçün qiymət də yüksəkdir”.

Satıcılar alıcılıq qabiliyyətini qənaətbəxş hesab etsələr də, ötən illərə nisbətən daha az insan gözə çarpır:
“Alıcılar hər şeylə maraqlanırlar. Onlara başqa bir xalqın mədəniyyəti maraqlı gəlir. Bəziləri baha desə də, qiymətlər normaldır. Bəzi sahibkarlarla danışırıq, müəyyən endirimlər edir, ancaq bəziləri dediyi qiymətdən 1 qəpik də aşağı enmir”.

Söhbətləşdiyimiz gənc qız onu da əlavə etdi ki, burada əlləri hind xınası ilə bəzəmək, müxtəlif qidalandırıcı maskalar da əldə etmək olar. Ümumilikdə sərgidə 50-dən çox sahibkar iştirak edir.
Qeyd edək ki, sərgi bu ayın 18-nə kimi davam edəcək.

 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın