Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / QHT Şurasında “Səhiyyə, sağlamlıq və ekologiya” qrupu üzrə seçki – Qaliblər müəyyənləşdi

QHT Şurasında “Səhiyyə, sağlamlıq və ekologiya” qrupu üzrə seçki – Qaliblər müəyyənləşdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Səhiyyə, sağlamlıq və ekologiya” qrupu üzrə seçki keçirilib.

Şuradan Strateq.az-a daxil olan məlumata görə, iclasa açıq səsvermə ilə Sevda Tahirli sədr, Samirə Mustafayeva isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Sevda Tahirli iclasda qeydə alınmış 70 QHT nümayəndəsindən 67-si iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında ətraflı məlumat verib.

Şura üzvlüyünə namizədlər “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”nın prezidenti Gülnarə Hüseynova, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlillov, “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin prezidenti Qəmzə Yusubova və “Səma və Eko” Elmi-Praktik İctimai Birliyinin sədri İradə Həsənova iclasda çıxış ediblər.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Anar Xəlilov (46 səs), Gülnarə Vəliyev ( 29 səs) və Qəmzə Yusubova (13 səs) olub.

Qeyd edək ki, sabah “Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupu üzrə seçkilər keçiriləcək.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın