Ana səhifə / Siyasət / Qazax rayonunun işğalda olan kəndləri qaytarılacaqmı?

Qazax rayonunun işğalda olan kəndləri qaytarılacaqmı?

Ermənistan mediasında yayılan xəbərlərə görə, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı sənəd imzalanması gözlənir. Amma bu sənədin detalları ictimaiyyətə açıqlanmayıb.

Azərbaycan rəsmiləri ümumiyyətlə yayılan bu xərələri nə təsdiq, nə də təkzib edib. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə belə bir sənəd üzərində iş getdiyini təsdiqləyib.

O deyib ki, Azərbaycan şərtlərlə razılaşsa sənədə imza atacaq. Çünki sənəd Ermənistanın maraqlarına cavab verir.

Amma Ermənistanda müxalifət, müstəqil ekspertlər narahatdılar ki, bu razılaşma ilə Tavuş və Ararat bölgələrindəki bəzi kəndlər Azərbaycana verilə bilər. Bu ərazilər Azərbaycanın Tovuz, Qazax və Naxçıvanla sərhədində yerləşir.

Nikol Paşinyan üzərində iş gedən sənədin detallarını açıqlamayıb, amma Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Ruben Rubinyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, sənəddə hansısa ərazilərin verilməsi və ya dəşiyişdirilməsi məsələsi yoxdur.

Mayın 12-dən Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasındakı sərhəddən, daha dəqiqiqi bu ərazidə Ermənistanın Sev Liç, Azərbaycanın Qaragöl adlandırdığı göl və yüksəkliklər ətrafında yaranan gərginlik davam edir.

Yerevan iddia edir ki, Azərbaycan ordusu dövlət sərhədini pozub Ermənistan ərazisində postlar qurur. Bakı isə bunun yalan olduğunu, hələ sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini deyir.

Xüsusilə Qazaxın hazırda Ermənistanın nəzarətində olan yeddi kəndi, Naxçıvanın Kərki kəndinin və 1990-cı illərin əvvəlində hərbi əməliyyatlar zamanı Azərbaycanın nəzarətinə keçən Ermənistan anklavı – Başkəndin taleyinin necə olacağı tez-tez mediada səslənir. Amma indiyə qədər bu kəndlərin taleyinin necə olacağı barədə nə Bakıdan, nə də Yerevandan rəsmi bir fikir səslənməyib.

Ermənistanın Tavuş vilayətinin mərkəzində erməni sakinlər yaxınlıqdakı Qazaxın anklav kəndlərinin yenidən Azərbaycana qaytarılması xəbərlərini eşidəndə hələ mart ayında bunları deyirdi:

“Ola bilsin ki, biz onların torpaqlarını özlərinə qaytaraq və onlar da, bizim torpaqları özümüzə qaytarsın. Sovet vaxtında sərhəd necə idisə, Cəfərli, Barxudarlı onların idi. Təbii ki onu geri istəyəcəklər. Biz də öz torpaqlarımızı onlardan geri istəyirik. Bizimki, Uzuntala poçtundan taa Hayots ocağına qədər olan əraziləridir. O Sofulu ərazisində, bizim torpaqların içində ada kimi onların kəndləri var idi. Təbii ki, onlar həmin o ada kimi kəndləri geri istəyəcəklər. Bizim də onların ərazisində ada kimi torpaqlarımız var. Biz də onları geri istəyirik. Əsl sülh olarsa, ola bilər ki, biz o əraziləri onlarla dəyiş-düyüş edək. Sərhədlər tamam düzəlsin”.

Azərbaycan Milli Elmlər Akademiyasında coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyir ki, hazırda mühabisə gedən Gorus rayonu ərazisindən savayı, gələcəkdə qərblə sərhəddə problemlər yarana bilər:

“Ən ciddi problem Qazaxla sərhəddə yaşanır. Burada görürsünüz bu ankavları. Bunlar hamısı Azəraycan ərazisidir, amma ətrafı Ermənistanla əhatənib. Bu əraziləri də Ermənistan azərbaycana geri qaytarmalıdır. Qaytarmasa, orda da problemlər yaşanacaq”.

Azərbaycanla Ermənistan arasında səhrədlərin müəyyənləşdirilməsinə Rusiya öz vasitəçiliyini təklif edib. Amma ABŞ-dakı siyasi şərhçi Pol Qobl deyir ki, tərəflər müraciət eləsə bu məsələdə ABŞ da öz texniki dəstəyini və danışıqların aparılması üçün köməyini göstərə bilər.

Azərbaycanla Ermənistan arasında keçən il başlayan müharibə noyabrın 10-da atəşkə razılaşması ilə başa çatıb.

Rusiyanın vasitəçiliyi ilə əldə olunan bu razılaşmaya görə Azərbaycanın işğal altında olan rayonlarından erməni qüvvələri çıxarılıb.

Qarabağda erməni yaşayış məskənləri ilə Azərbaycan ordusu arasına isə Rusiya sülhməramlıları yerləşdirilib.

Bundan sonra Azərbaycan əsgərləri Ermənistanla dövlət sərhədini bərpa etməyə başlayıblar.

1990-cı illərin əvvəlində bu əraziləri erməni qüvvələri işğal etdiyində orada dövlət sərhədini bərpa etmək mümkün olmamışdı. Bu üzdən tez-tez tərəflər arasında mübahisə yaranır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …