Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Qayınatasının Röyaya hədiyyə etdiyi milyonluq bağ evi müsadirə olundu – FOTOLAR

Qayınatasının Röyaya hədiyyə etdiyi milyonluq bağ evi müsadirə olundu – FOTOLAR

Xəbər verdiyimiz kimi, tanınmış sahibkar, “Çudo Peçka” mağazalarının rəhbəri Cəlilov Çingiz Asim oğlu həbs olunub.

Baş Prokurorluğun yaydığı məlumatda deyilir: Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Bu gün həbs olunan sahibkar, müğənni Röyanın eks-qayınatası Çingiz Cəlilovun cinayət işi ilə əlaqədar son günlər baş vermiş əməliyyatların təfərrüatları məlum olub.

Musavat.com BiG.AZ-a istinadən xəbər verir ki, hələ keçən ay Cəlilovun sahibi olduğu “Çudo peçka” dükanlar şəbəkəsinə daxil olan bütün iaşə obyektlə vergi borclarına görə möhürlənərək bağlanıb. Bundan sonra Cəlilovun adına olan milyonlarla dəyəri olan bağ evləri və Bakıda yerləşən yaşayış evləri müsadirə olaraq əlindən alınıb. Müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının guya Röyaya bağışladığı Nabranda tikdirdiyi bir neçə milyon dəyəri olan bağ evi də əlindən alınıb.

 

 

 

 

 

 

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın