Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Qars müqaviləsinin 100 illik yubileyinə “erməni hədiyyəsi” – Kampaniya indidən başlayıb…

Qars müqaviləsinin 100 illik yubileyinə “erməni hədiyyəsi” – Kampaniya indidən başlayıb…

2021-ci ildə Sovet Rusiyası ilə Türkiyə Cümhuriyyəti arasında imzalanmış Qars müqaviləsinin yüz ili tamam olur. Bu münasibətlə ermənilər yenidən müqavilənin ləğv edilməsini gündəmə gətirməyə çalışırlar.

Moderator.az-ın xarici mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistanda fəaliyyət göstərən “Siyasi Liqa” müqavilənin ləğv edilməsi ilə bağlı geniş kampaniyaya başlayıb. Kampaniya həm elektron imzatoplama, həm də digər formalarda həyata keçirilir.

Təşkilat bu münasibətlə yaydığı bəyanatda qeyd edir ki, Moskva və Qars müqavilələri (16 Mart, 13 oktyabr 1921-ci il) “Kamalçı Türkiyə” ilə “bolşevik Rusiyası” arasında erməni xalqının iştirakı olmadan “cinayətkarcasına” imzalanmış sazişdir və ona görə də ləğv edilməlidir: ““Dostluq və qardaşlıq müqaviləsi”nin tərəfləri, Kamalçı Türkiyə və bolşevik Rusiyası erməni xalqının ağır vəziyyətindən faydalanaraq, cinayətkar əməkdaşlıq edərək, erməni xalqının beşiyinin, yurd-yuvasının  böyük hissəsini parçaladı  və ona sahib oldu, erməni xalqına  öz tarixi vətəninin onda bir hissəsini buraxdılar”.

“Siyasi Liqa”nın sözügedən bəyanatında gülünc formada “tarixi erməni dövləti və torpaqları”ndan bəhs edilir və bildirilir ki, müqavilənin “keçmiş deyilən  son müddəti yoxdur və mütləq  məhkuma və yenidən nəzərdən  keçirilməyə ehtiyac duyulur”.

O da vurğulanıb ki, dörd siyasi təşkilat da bu kampaniyaya dəsətəyini ifadə edib. Onlar “İrs” Partiyası, “Avropa Partiyası”, “Sasna Tsrer” Ümumerməni Hərəkatı və “Demokratik Vətən” birliyidir.

“Siyasi Liqa”nın nümayəndəsi Narine Mıkırtçyan hesab edir ki, Ermənistan Respublikası  Moskva və Qars müqavilələrini siyasi gündəmə gətirməli və onun qüvvədən düşməsinə nail olmalıdır.

Qeyd edək ki, Qars müqaviləsi 1921-ci il, martın 16-da imzalanmış Moskva sülh müqaviləsinin davamı olaraq Türkiyə ilə Sovet Rusiyası arasında artıq sovetləşmiş Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə 13 oktyabr 1921-ci ilə imzalanıb. Gələn il sazişin imzalanmasının yüzilliyi tamam olur. Müqavilə müddətsiz imzalanmışdır.

Onu da xatrıladaq ki, hər iki müqavilənin qüvvədən düşməsi ilə bağlı tarixən bir neçə dəfə uğursuz cəhdlər olub. 1945-ci ildə II Dünya müharibəsindən qalib çıxan SSRİ-nin xarici şlər naziri V. Molotov Türkiyənin Moskvadakı o zamankı səfirinə sazişin ləğv edilməsi və bəzi ərazilərin SSRİ-yə qaytarılması tələbi ilə müraciət edib. Məsələ iki ölkə arasında siyasi gərginlik yaratsa da sonradan gündəlikdən çıxarılıb.

İkinci dəfə Rusiyada belə bəyanatların səsləndirilməsi yaxın tariximizə aiddir. 2015-ci ildə Türkiyənin Rusiya hərbi təyyarəsini vurması ilə münasibətlərin pisləşməsi fonunda 2016-cı ilin mart ayında (müqavilənin 95-ci ildönümündə) bir sıra rusiyalı parlamentarilər müqavilənin birtərəfli qaydada ləğv edilməsi tələbini səsləndiriblər.

Lakin sonralar gərginliyin aradan qalxması ilə bu iddialar da gündəmdən çıxdı.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …