Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Qarlı, boranlı və qanlı günlər…

Qarlı, boranlı və qanlı günlər…

İndiki Ermənistandan, dədə-baba yurdumuz olan Qərbi Azərbaycandan deportasiya olunmağımızın 32 ili artıq arxada qalmaqdadır. Rus əsgərləri və erməni silahlı dəstələri soydaşlarımıza qarşı soyqırım tarixi yaşadaraq tarixi torpaqlarımızdan, dədə baba yurdlarımızdan didərgin saldılar.

Soydaşlarımızın öz doğma yurdlarından didərgin düşməsindən 32 il keçməsinə baxmayaraq hələ də gobud şəkildə pozulmuş hüquqları beynəlxalq təşkilatlar tərəfindən tanınmadı və bərpa olunmadı.

“İrəvan Azadlıq” Təşkilatı olaraq indiki Ermənistan ərazisindən deportasiya olunmuş insanların yaşama və mülkiyyət hüququnun tanınması ilə bağlı müvafiq fəaliyyətin həyata keçirilməsi üçün Prezidentə müraciət etdik.

Zəngəzur, Göyçə, İrəvan və digər tarixi torpaqlarımızda, həmin ərazilərdən deportasiya olunmuş insanların yaşama və mülkiyyət hüququnun tanınması ilə bağlı müvafiq fəaliyyətin həyata keçirilməsi üçün konkret addımların atılmasını istədik.

Təbriz Musayev, İrəvan Azadlıq Təşkilatının sədri

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …