Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Qaribaşvili: “Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır”

Qaribaşvili: “Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır”

“Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır”.
Bunu ölkənin Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı deyib.

“Regiondakı çətin vəziyyətə baxmayaraq, biz qonşular arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərimizi əsirgəmirik”, – Gürcüstan hökumətinin başçısı bildirib.

O, həmçinin qeyd edib ki, iyul ayında Gürcüstanda ilk dəfə olaraq Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında məhsuldar müzakirələr keçirilib.

“Regionumuzda bu qədər vacib olan sülh və sabitliyin bərqərar olması üçün dialoq mərkəzi kimi qəbul olunmağa hazırıq. Bu məqsədlə Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutan sülhsevər qonşuluq təşəbbüsünə öz töhfəsini verir”, – Baş nazir qeyd edib.

Baş nazir qeyd edib ki, bu təşəbbüs hər hansı digər əməkdaşlıq formatlarını əvəz etmir və ya ziddiyyət təşkil etmir.

“Gürcüstan regional münasibətlərin normallaşmasına kömək edəcək vicdanlı vasitəçi olmağa ümid edir”, – Qaribaşvili vurğulayıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …