Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Qardaşı uşaqlarına cinayət işi açılan icra başçısı kimdən və niyə ehtiyatlanır?

Qardaşı uşaqlarına cinayət işi açılan icra başçısı kimdən və niyə ehtiyatlanır?

“Beyləqanın icra başçısı Vaqif Abdullayev artıq 3-cü həftədir qəbul keçirmir. Qəbula gələnlərə gah iclasların olduğunu, hah hansısa tədbirin keçirildiyini bildirir”.
Bu barədə rayondakı narazı vətəndaşlardan biri mia.az-a məlumat verib.
Onun sözlərinə görə, maraqlı məqamlardan biri də odur ki, son günlər İcra Hakimiyyətinin inzibati binasında təhlükəsizlik tədbirləri də gücləndirilib:“İcra Hakimiyyətinin binasını mühafizə edən polislərin sayı artırılıb. Biz qəbula gələnlərə maraqlıdır ki, Vaqif Abdullayev Beyləqanda kimdən və niyə kimdən ehtiyat edir?!”.
Yeri gəlmişkən, onu da qeyd eedək ki, icra başçısının qardaşı uşaqları ilə bağlı yeni cinayət işi açılıb. Onlar dələduzluq, təhdud və hədə-qorxu kimi ağır maddələrlə ittiham olunurlar.
Bu barədə KİV-də vəkil Adəm Məmmədova istinadən cinayət işinin təfərrüatı da yayılıb. Bildirilib ki, icra başçısının qardaşı uşaqları Abdullayev Zaur Sabir oğlu və qardaşı Abdullayev Yalçın Sabir oğlubir qadının bahalı maşınını ələ keçiriblər. Bundan başqa, həmin qadına hədə-qorxu və təhidlə 300 minlik sənədi imzalatdırıblar…

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın