Ana səhifə / Siyasət / “Qarabağla bağlı yekun razılıq əldə olunub” – Paşinyan

“Qarabağla bağlı yekun razılıq əldə olunub” – Paşinyan

Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən danışıqlarda Qarabağ məsələsi ilə bağlı yekun razılıq əldə olunub. 

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə deyib.

“Təhlükəsizlik, Qarabağ münaqişəsi, regional infrastrukturun blokunun açılması, sərhədlərin demarkasiyası və delimitasiyası prosesi daxil olmaqla, bir sıra mühüm məsələlər üzrə yekun razılıq əldə olunub. Biz Prezident Putinlə məhsuldar müzakirə apardıq və birgə bəyanat qəbul etdik”, – baş nazir bildirib.

Qeyd edək ki, Ermənistan hökumətinin başçısı bir gün əvvəl Rusiyaya rəsmi səfərə gedib. Aprelin 19-da Rusiya lideri ilə danışıqlar aparılıb.\Modern.az 

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …