Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Qarabağla bağlı bəzi məqamlar gizlədilir, çünki…”

“Qarabağla bağlı bəzi məqamlar gizlədilir, çünki…”

“Mən düşünmürəm ki, Sergey Lavrov Bakıda hansısa müsbət açıqlama verib. Bəziləri sadəcə eşitmək istədiklərini söyləyir”.

Bunu Sputnik Azərbaycana açıqlamasında Rusiya xarici işlər nazirinin Azərbaycana səfərini şərh edərkən “Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib. Ələsgərov bildirib ki, Lavrov Bakıda heç bir müsbət açıqlama verməyib:

“Lavrovun açıqlamaları sadəcə onu göstərir ki, danışıqlar prosesi sürətlənib. Ortada yol xəritəsi var. Hərçənd ki, bu xəritə əvvəldən var idi. Lakin regional vəziyyət və qarşı tərəfin laqeydliyi hər şeyi yubadırdı, o cümlədən də danışıqları”.

Politoloqa görə, əsas müddəalar aydındır: “Ermənistan işğal etdiyi torpaqlardan öz qoşunlarını çəkməlidir. 1-ci addım Qarabağ ətrafı bəzi rayonların qaytarılmasıdır”.

“Ancaq Lavrovun Bakı səfərində bu haqda heç nə deyilmədi. Təssüfki bu barədə konkret bəyanatlar verilmir. Ya da ola bilsin ki, cəmiyyətdən gizlədilir. Çünki çaşqınlıq və həyəcan yarada bilər. Ola bilsin ki, Ermənistandakı gərgin siyasi duruma görə bəzi məqamlar gizli saxlanılır. Sergey Lavrovun Bakıdan sonra İrəvana getməsi prosesin getdiyini göstərir” — politoloq əlavə edib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə maraqlı fikirlər səsləndirib. O, “diplomatiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır” deyib.

Lavrov daha sonra əlavə edib ki, nizamlama prosesində irəliləyişə nail olmaq üçün tələb edilən bütün addımlar, tədbirlər, razılaşmalar dəsti masa üzərindədir.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …