Ana səhifə / Siyasət / “Qarabağın yekun statusu ilə bağlı referendum yalnız 100 ildən sonra keçirilə bilər” – Paşinyan

“Qarabağın yekun statusu ilə bağlı referendum yalnız 100 ildən sonra keçirilə bilər” – Paşinyan

Nikol Paşinyan Qarabağla bağlı son açıqlamaları ilə bağlı onu tənqid edənlərə cavab verib.

Paşinyan qeyd edib ki, söhbət onun baş nazir seçilməsindən xeyli əvvəl formalaşmış danışıqlar irsindən gedirdi.

Baş nazir bildirib ki, bu isə o deməkdir ki, o, danışıqların məzmununun formalaşdırılması prosesinə təsir göstərə bilməyib.

“Əgər danışıqlara uyğun olaraq azərbaycanlılar Qarabağın sakinləri hesab olunurdusa, onlar orada məskunlaşmalı idilər. Ermənistan 2018-ci ilin “məxməri inqilabına” qədər heç vaxt bu məzmuna etiraz etməyib”, – deyə Paşinyan sözlərinə aydınlıq gətirib. 

Paşinyanın əsas diqqət çəkən açıqlaması isə Qarabağın yekun statusu ilə bağlı olub. Ermənistan lideri bildirib ki, Qarabağın yekun statusu ilə bağlı referendum yalnız 100 ildən sonra keçirilə bilər və bu illər ərzində isə Dağlıq Qarabağın demoqrafik görünüşünün necə dəyişəcəyini təxmin etmək çətin deyil.

Paşinyan həqiqəti gizlətməmək qərarına gəldiyini deyərək əlavə edib:

“Hələ 2018-ci ildə baş nazir seçilməmişdən əvvəl Qarabağ danışıqlar məntiqi çərçivəsində Azərbaycanın tərkibində olmamaq kimi nəzəri və praktiki imkanını itirdi – mən bunu qəbul etmədim, əksinə ona qarşı mübarizə apardım”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …