Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Qarabağ”ın oyunu azarkeş sayına görə ilk “5-lik”də

“Qarabağ”ın oyunu azarkeş sayına görə ilk “5-lik”də

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

15 matçda ümumilikdə 312 000-dən çox tamaşaçı iştirak edib. İlk “5-lik”də Bakıda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 26 495 tərəfdar izləyib.

Ən çox fanat isə “Roma” (İtaliya) – “HİK” (Finlandiya) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 193 fanat olub.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …