Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Qarabağın həll yolu hazırdır: Bircə qalır vaxt və…

Qarabağın həll yolu hazırdır: Bircə qalır vaxt və…

Rusiya və Fransa bundan əvvəl illeqal şəkildə gizli formada əməkdaşlıq edirdi. İndi isə bu əməkdaşlıq su üzünə çıxıb.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq diqqətə çatdırıb ki, Paris və Kreml hazırda xalqların öz müqqədaratını təyinetmə hüququnu ön plana çıxarmaq istəyir və bu, səbəbsiz deyil:

“Olland Sərkisyanla görüşündə açıq şəkildə bildirdi ki, status məsələsi nizamlama prosesində ön plana keçməlidir. Düzdür, Azərbaycan prezidentinin Fransaya səfərindən sonra Paris bunu təkzib etdi. Ancaq belə görünür ki, Parislə Moskva arasında problemin həllinə dair oxşar mövqe formalaşıb. Bu isə İrəvanın mövqeyi ilə üst-üstə düşür. Azərbaycan işə qarışdıqda bu dövlətlər dərhal müxtəlif diplomatik manevrlərə əl atırlar. Rusiyadan fərqli olaraq, Paris siyasətini daha açıq ifadə edir. Paris və Moskva hazırda sakitləşdirici bəyanatlarla prosesə dinamika vermək istəsələr də, söhbət heç də məsələnin həllindən getmir”.

Politoloq vurğulayıb ki, illərdir davam edən danışıqlar fonunda tərəflər demək olar ki, mübahisəli məsələlərin az qala 90 faizini razılaşdırıblar:

“Yeganə həll edilməmiş iki məsələ – Dağlıq Qarabağın statusu və ətraf rayonların qaytarılması tarixi və mexanizmidir. İndi problemin həllinin sona yaxınlaşdığı bir məqamda Fransa və Rusiyanın hər şeyi sıfırdan başlamaq cəhdləri diqqətdən yayınmır. Azərbaycan prezidenti Parisdən verdiyi bəyanatlarla nəinki bütün bunların, hətta BMT-nin 4 qətnaməsini dəfn etmək cəhdlərinin qarşısına sipər çəkdi. Beləliklə də Azərbaycan məsələnin nizamlanmasına dair tutduğu mövqedən geri çəkilməyəcəyini prinsipial şəkildə ortaya qoydu”.

Həmçinin oxuyun

“Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır”

Zəngəzur Dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-cu il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ …

Bir cavab yazın