Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Qarabağı İrəvan əleyhinə kim qaldırır? – “ÜÇLÜ ZƏNCİR”

Qarabağı İrəvan əleyhinə kim qaldırır? – “ÜÇLÜ ZƏNCİR”

Qarabağın elitası” adlandırılan qrup Ermənistandakı kriminal-oliqarx sistemin tərkib hissəsidir və “DQR” adından spekulyasiya etməkdə davam edir”. 

Bu barədə Ermənistanın 1n saytındakı  “Qarabağı Ermənistan əleyhinə kim qaldırır?” adlı məqalədə yazılıb.

Məqalədə  yeni seçilən parlamentin üzvü Ovannis İgidyanın aşağıdakı fikirlərinə yer verilib:

“Niyə Putin Köçəryanı belə sevir, onu öz dostu hesab edir, həbsdə olmasına baxmayaraq, ona təbrik ünvanlayır? Bütün bunlar ona görə edilir ki, ilk dəfə məhz Köçəryan Rusiyaya absurd hədiyyə verib, “borc əvəzinə mülkiyyət” təşəbbüsü ilə çıxış edib. Məzh bundan sonra Rusiyanın monopoliyası başlayıb. Təkcə Razdan SES bizim 100 milyon borcumuzdan 3-4 dəfə çox elektrik enerjisi istehsal edib. Robert Köçəryan üçün Ermənistan qazanc vasitəsi olub. O, Rusiyaya gedib ki, orda və dünyada pullarını xərcləsin. Putin Köçəryanın şəxsində Rusiyanın patriotunu görür, nəinki Ermənistanın maraqlarını qoruyan adamı”.

Məqalədə bildirilir ki, Robert Köçəryan cəmiyyətin gözündə artıq çoxdan cinayətkar sayılır:

“Onun adı terror və soyğun, qətl və işgəncə ilə anılır. Qəribədir ki, bu günlərdə Qarabağda da onun dəstəkləyən səslər eşidilir”.

Məqalə müəllifi yazır ki, qondarma DQR parlamentində təmsil olunan “Azad vətən”, “Demokratik Qarabağ”, “88 hərəkatı” Köçəryanın müdafiəsinə qalxıb və onun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyir. 3 partiya birgə bəyanatla da çıxış edib.

Məqalədə bildirilir ki, Köçəryan Ermənistanda  milyonlarla dolları oğurlayıb, ancaq Qarabağ üçün bir sent belə verməyib:

“Qarabağda xatırlamırlar ki, məhz Köçəryanın özünəvurğunluğu nəticəsində Xankəndi münaqişənin həlli ilə bağlı danışıqlar prosesindən kənarda qalıb? Əminik ki, Qarabağ sakinləri də Köçəryana Ermənistandakılar kimi neqativ münasibət bəsləyir. Qarabağın “elitası” da Ermənistandakı kriminal-oliqarx sistemin tərkib hissəsi idi. İndi də “DQR” adından çıxış etməyə cəhd göstərir. Onların əhali ilə heç bir əlaqəsi yoxdur. Məhz Köçəryan, Serj Sarkisyan və ya Moskvadakı dairələrin sifarişi ilə həmin biabırçı bəyanat imzalanıb”. Cebhe.info

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …