Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / “Qarabağdan sonra ən böyük problem korrupsiyadır”

“Qarabağdan sonra ən böyük problem korrupsiyadır”

“Yola saldığımız ildə itkilərimiz çox olsa da qazanclarımız da vardır. Ən böyük qazancımız uzun illər işğal altında olan torpaqlarımızın xilaskar ordumuz tərəfindən azad edilməsidir”.

Bunu Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib. O, bildirib ki, bununla da 2020-ci il Azərbaycanın 7 rayonunun və Şuşa şəhərinin, eləcə də Hadrut qəsəbəsinin işğal tarixlərinin sonuncu ili kimi yaddaşlara həkk olundu. 

“Bu yaxşı başlanğıcdır. Gəlin, uğurlarımızı çoxaltmaq üçün mübarizəmizi davam etdirək, arxayınlaşmayaq. 

Hesab edirəm ki, Azərbaycanın Qarabağdan sonra ən böyük problemi korrupsiyadır. Korrupsiya ölkəni, iqtisadiyyatı, ən başlıcası da insanları inkişafdan saxlayır, gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünə, yoxsulluğa və işsizliyə şərait yaradır. 

Bir neçə ildir ki, korrupsiya ilə qarşılaşmıram, ona görə də özümü ABŞ-da çox rahat və təhlükəsiz hiss edirəm. İnanıram ki, Azərbaycanı da korrupsiyadan xilas etsək, hər kəsin firavan və təhlükəsiz həyatına nail ola biləcəyik. 

Qarşıdan yeni il gəlir. Fikrimcə, 2021-ci il korrupsiya ilə mübarizə ili elan edilməlidir. 2020-ci ildə müzəffər ordumuz Qarabağı ermənilərdən azad etdiyi kimi 2021-ci ildə də bizlər Azərbaycanı korrupsionerlərdən xilas etməliyik. Gəlin, 2021-ci ili korrupsiyaya qarşı müharibə ili elan edək.

Unutmayın ki, bu inkişafımız üçün son şansımızdır. 

Qarabağda zəfər qazanan Azərbaycanın korrupsiyaya məğlub olmasına yol verməyə haqqımız çatmır”. 

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …