Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Qarabağda müharibə təhlükəsi artır: “Bu dəfə onları tamam məhv edənə qədər…“

Qarabağda müharibə təhlükəsi artır: “Bu dəfə onları tamam məhv edənə qədər…“

Qarabağdakı erməni separatçıları və işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində məğlubiyyəti həzm edə bilmədiyindən hər fürsətdə təxribatlara əl atır. Bu gün də Azərbaycan OrdusununŞuşa və Naxçıvam istiqamətindəki mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun Qarabağda qazandığı tarixi qələbədən sonra kapitulyasiyaya imza atmış Ermənistan Rusiyanın vasitəçiliyi ilə razılaşdırılan Üçtərəfli bəyanata əməl etməməyə çalışır. Azərbaycan bu təxribatları sonlandırması üçün qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib.

Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, deyəsən ermənilər II Qarabağ müharibəsindəki məğlubiyyətdən dərs almayıblar.

“Ermənilərin aldıqları zərbələrdən ağılları başlarına gəlməyib. Belə gedişatla Azərbaycan təxribatların qarşısını almaq üçün növbəti dəfə onları tamam məhv edənə qədər işini davam etdirəcək. Bu məsələnin bir tərəfidi.

Digər tərəfdən, bu təxribatların hamısı Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Bu proseslər həm də onların himayəsi altında gedir. Çünki rus sülhməramlıları bir növ onların təminatçısı rolunu oynayır. Nə qədər ki, belə vəziyyət mövcuddur, atəşkəs tez-tez pozulacaq, daha da təhlükəli hala gələcək”.

Deputat Modern.az-a açıqlamasında qeyd edib ki, məsələnin kökü rusiyalı sülhməramlıların bu təxribatlara göz yummasındadır:

“Azərbaycan bu təxribatların qarşısını almaq üçün öz hərbi gücündən istifadə edərək, ərazisində anti-terror əməliyyatına başlaya bilər. Şübhəsiz ki, ordumuz baş verən hadisələrin  kökünü kəsmək üçün tədbir görəcək.

Bu gün sülhməramlılıq missiyasını üzərinə götürən Rusiya dövləti öz ərazisində belə bir separatçı qurumun olmasına razı olarmı?

Təbii ki, cavabları “yox” olacaq. Bəs onda bunu bizə niyə rəva görürsünüz? Bax, məsələnin kökü budur”.

Hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, təxribatlara cavab olaraq, yaxın günlərdə Azərbaycan Ordusu ermənilərə sarsıdıcı zərbə vura bilər:

“Baş verən hadisələr onu göstərir ki, Ermənistan növbəti dəfə proseslərə digər ölkələri cəlb etmək məqsədi güdür. Onların bu cəhdləri əvvəl də olub, indi də davam etməkdədir. Dolayısı ilə Ermənistan imzalanan birgə bəyanatın şərtlərini kobud şəkildə pozur. Düşünürəm ki, bu proseslər Ermənistan üçün nəticəsiz ötüşməyəcək.

Özünün ən yüksək mənəvi ruh yüksəkliyini yaşayan Azərbaycan Ordusu ermənilərin bu təxribatlarına cavab verəcək bütün güc, imkan və potensiala malikdir. Odur ki, yaxın günlərdə biz Ermənistan ordusunun növbəti dəfə sarsıdıcı zərbə alacağını gözləyə bilərik”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …