Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Qarabağda baş verənlər Rusiyanın yeni oyunudur”

“Qarabağda baş verənlər Rusiyanın yeni oyunudur”

“Qarabağda baş verənlərin məsuliyyəti Rusiyanın üzərinə düşür. Rusiya öz sülhməramlı missiyasını yerinə yetirə bilmir. Ukraynadakı məğlubiyyətini sığortalamaq və yeni müharibə ocağını alovlandırmaq üçün hərəkətə keçiblər”.

Bunu erməni ekspert Leon Qalstyan mətbuata açıqlamasında deyib.

“Rusiya Ukrayanada istədiyinə nail ola bilmir. Məhz Qərbin gözünü qorxutmaq üçün Qarabağda yeni savaşın başlanmasına rəvac verir. Hal-hazırda Ermənistana müharibə lazımdırmı? Məncə Paşinyana yeni savaş lazım deyil. Çünki Paşinyan indi iqtisadiyyatı dirçəltmək üçün çalışır və buna nail olamağa yaxındır. Paşinyan anlayır ki, Türkiyə ilə əlaqələrin genişləndirməsi Ermənistanı işığa çıxaracaq. Etiraf edim ki, Rusiya buna imkan verməyəcək və erməniləri yeni müharibəyə sürükləyəcək. Rusiya Müdafiə Nazirliyinin dünənki açıqlaması da buna hesablanıb. Müharibə Ermənistanın sonunu gətirəcək. Biz müharibə yox sülh müqaviləsi bağlamalı və dircəlməliyik. Bəli Qarabağda baş verənlər Rusiyanın yeni oyunudur”, – deyə ekspert bildirib.Alp.az

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …