Ana səhifə / Siyasət / Qarabağda ara qarışdı: Harutyunyan mitinq təyin etdi

Qarabağda ara qarışdı: Harutyunyan mitinq təyin etdi

Qarabağdakı qondarma rejim cari ilin dekabrında “konstitusiyaya dəyişikliklər”lə bağlı “referendum” keçirməyi planlaşdırır. 
Qaynarinfo xəvər verir ki, əsas dəyişikliklərdən biri qondarma rejimin “prezidenti”nin seçilməsi proseduru ilə bağlıdır. 
Qeyd edək ki, qondrma rejimin “prezident seçkiləri”nin keçirilməsi gələn il üçün nəzərdə tutulur.
Hazırda Qarabağda daxili siyasi aktivlik artmaqdadır. Bunun getdikcə sərt intriqalara çevriləcəyi gözlənilir. Yeni “prezident”in kimliyi ilə bağlı hələ yekdil fikir olmadığından siyasi gərginliklər və qarşıdurmalar qaçılmaz olacaq. Gərginliyin gələn ilin əvvəllərində pik həddə çatması proqnozlaşdırılır.
Erməni ekspertlərin fikrincə, “referendum”dan sonra Arayik Harutyunyan nəinki “prezident” postunu tərk edəcək, həm də siyasətdən getməyə məcbur olacaq.
Belə bir vəziyyətdə Harutyunyan müraciətlə çıxış edərək, bu günə mitinq təyin edib: “Bu günlərdə Artsaxda (Qarabağ) formalaşmış daxili siyasi gərginliyi və son aylarda yığılıb qalmış məsələləri nəzərə alaraq, bu gün  Stepanakertin (Xankəndi) Dirçəliş meydanında çıxış edəcəm. Hamını bugünki mitinqdə iştirak etməyə dəvət edirəm. Çıxışıma saat 18:00-da başlayacam. Müharibədən mövcud təhlükəsizlik və sosial-iqtisadi vəziyyətə, Ermənistan hakimiyyəti ilə münasibətlərdən daxili siyasi proseslərə qədər bütün əsas problemlər və həll yolları haqqında açıq və dürüst danışacağam. Təəssüf edirəm ki, bu ağır vəziyyətdə, sağlam düşüncəsi olmayanlar Artsaxın gələcəyi üçün vəziyyətin ciddiliyini dərk etmədən vəziyyəti dah ada ağırlaşdırmaq yolunu tutublar. Bəzilərinin mənə münasibətindən asılı olmayaraq, bu çətin vəziyyətdə Artsaxın bütün vətəndaşları üçün məsuliyyəti hələ də mən daşıyıram”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …