Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Qarabağa qanunsuz gedən deputat Merkeli Bakıda müşayiət edə bilməyəcək

Qarabağa qanunsuz gedən deputat Merkeli Bakıda müşayiət edə bilməyəcək

Rəsmi Bakı Almaniya kansleri Angela Merkelin “Xristian-Demokratlar İttifaqı” partiyasının deputatı olan Albert Vayleri “qara siyahı”ya salaraq onun Azərbaycana girişinə qadağa qoyub və almaniyalı deputata viza verilməsindən imtina edib.
Bu barədə Almaniyanın “Deutsche Welle” agentliyi “Bild” qəzetinə istinadən məlumat yayıb.

Bildirilib ki, Almaniya parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə qrupunun sədr müavini olan deputat Vayler, regiona səfəri çərçivəsində 25 avqustda Azərbaycana gələcək Almaniya kansleri Angela Merkeli müşayiət etməli idi. Lakin almaniyalı deputat Azərbaycanda persona non-qrata (arzuolunmaz şəxs) elan olunduğundan ona viza verilməyib.

Vaylerin Azərbaycana girişinə qadağa barədə qərar yüksək rəhbərlik səviyyəsində qəbul olunduğundan, hətta viza məsələsinin həlli üçün səfirliklə aparılan danışıqlar da nəticəsiz qalıb.

Qeyd edək ki, Albert Vayler 2014-cü ilin 4 avqustu və 2015-cı illin 3 mayında Dağlıq Qarabağa qanunsuz səfər edərək separatçı rejimin keçirdiyi saxta parlament seçkilərində müşahidəçi qismində iştirak edib. Bu səbəbdən də, Azərbaycana girişi qadağan olunaraq adı XİN-in “Arzuolunmaz şəxslər siyahısı”na salınıb.

AzVision.az

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …