Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / “Qarabağ tör-töküntülərdən əhəmiyyətli dərəcədə təmizlənəcək”

“Qarabağ tör-töküntülərdən əhəmiyyətli dərəcədə təmizlənəcək”

“2023-cü il türk dünyası üçün çox önəmli il olacaq”.

Bunu Azərbaycanın keçmiş Xarici işlər naziri Vilayət Quliyev sosial şəbəkədə yazıb. Diplomat növbəti il bu önəmli hadisələrin baş verəcəyini bildirib:

1. Türk Cümhuriyyəti 100-cü ildönümünü bayram edəcək.

2. Azərbaycan “Heydər Əliyev” ilini qutlayacaq.

3. Türkiyədə taleyüklü prezident seçkiləri keçiriləcək.

4. Şuşa türk dünyasının mədəniyyət paytaxtı estafetini qəbul edəcək.

5.Türkiyənin təbii qaz xabına çevrilməsi gerçəkləşəcək.

6. Türk Dövlətləri Birliyi daha da möhkəmlənəcək.

7. Qarabağ tör-töküntülərdən əhəmiyyətli dərəcədə təmizlənəcək.

V. Quliyev qeyd edib:

“Yenə sadalamaq olar. Türklər demiş bütün bu etkinliklərin arxasında türk dünyasını siyasi, iqtisadi, hərbi, mədəni cəhətdən qüvvətləndirən, ona öz gücünü, məqsəd və məramını daha aydın şəkildə açıqlayan böyük işlər dayanır… Və bu işlər görüləcək!”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …