Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Qarabağ böyük quruculuq dönəminə daxil olur”- DEPUTAT

“Qarabağ böyük quruculuq dönəminə daxil olur”- DEPUTAT

“Erməni quldurlarının Gəncə şəhərində törətdikləri terror hadisəsi zamanı dünyasını dəyişənlərə bir daha Allahdan rəhmət, yaralılara isə şəfa diləyərək Füzuli şəhərinin və kəndlərinin işğaldan azad olunması münasibəti ilə bütün füzulilərə, xalqımıza göz aydınlığı verirəm”.

Bu barədə Milli Məclisin Füzulidən olan deputatı Vüqar Bayramov bildirib. O qeyd edib ki, bu gün Füzuli rayonunun tarixinin ən şərəfli günlərindəndir: “Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu! Var olsun mərd və qorxmaz xalqımız! Füzuli daxil olmaqla bütün torpaqlarımızın azad olunması uğrunda şəhid olan vətəndaşlarımıza Allah rəhmət eləsin, yaralananlara isə Allahdan şəfa diləyirəm.

Qarabağ böyük quruculuq dönəminə daxil olur. Erməni quldurları tərəfindən dağıdılmış Füzuli şəhəri, kəndlərimiz və bütövlükdə işğaldan azad olmuş bütün torpaqlarımız qısa zamanda bərpa olunacaq və yenidən Qarabağımıza həyat qayıdacaq. Qarabağ Azərbaycandır və əbədi bizim olacaq!”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …