Ana səhifə / Siyasət / “Qarabağ Azərbaycandır!” şüarı Ukrayna səmasında

“Qarabağ Azərbaycandır!” şüarı Ukrayna səmasında

Bu gün Ukraynada “Qarabağ Azərbaycandır!” şüarı ilə tanıtım aksiyası keçirilib.

Belə ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı və təşəbbüsü ilə keçirilən aksiya zamanı hava balonunun üzərinə “Qarabağ Azərbaycandır!” şüarı yazılaraq səmaya buraxılıb.

Hava şarını Kiyev və Jitomir şəhərlərindən müşahidə etmək mümkün olub.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov mətbuata açıqlamasında bildirib ki, bu cür aksiyaların məqsədi Ukrayna cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmaqdır. Onun sözlərinə görə, bu cür aksiyalar davamlı keçiriləcək.

Ukrayna sakinləri hava şarını bir saata yaxın müşahidə edə biliblər. AzərTAc

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …