Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Qanunvericiliyimizdə “milliyyət” sözü yığışdırıldı

Qanunvericiliyimizdə “milliyyət” sözü yığışdırıldı

Seçki Məcəlləsinin 3-cü maddəsinə (Ümumi seçki hüququ) dəyişiklik edilib. Dəyişikliyə əsasən 3-cü maddədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilib.

 

Mövcud variantda deyilir ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var.

Təklif olunan variantda deyilir ki, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var.

Qeyd edək ki, dəyişiklik Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …