Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Qafqazda ABŞ-ın proseslərə nəzarət etməsi üçün Vaşinqton müəyyən təşəbbüskarlıq göstərir”

“Qafqazda ABŞ-ın proseslərə nəzarət etməsi üçün Vaşinqton müəyyən təşəbbüskarlıq göstərir”

“Rusiyaya qarşı aparılan mübarizənin təsir elementlərindən biri Rusiyanın beynəlxalq təsirini azaltmaqdır. İndiki halda Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsi taleyüklü problemdir. Qafqazda ABŞ-ın proseslərə nəzarət etməsi üçün Vaşinqton müəyyən təşəbbüskarlıq göstərir. Bunu son zamanlar aparılan danışıqlar, ABŞ diplomatlarının fəallığı da göstərir”.

Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, ABŞ-ın Cənubi Qafqazda fəallaşması və onun perspektivləri haqqında indidən nəsə demək mümkün deyil: “Ancaq siyasət mümkün olanı əldə etmək elmidir. Mümkünsüz olsaydı, ABŞ boşuna belə cəhdlər etməzdi. Ermənistanda nisbətən müstəqil siyasət aparılır. Digər tərəfdən, Rusiyanın başı Ukraynaya qarışdığı üçün əvvəlki kimi meydan sulamaq imkanı yoxdur. Bu baxımdan bölgədə şərtlər elədir ki, ABŞ-ın fəallaşmasına müəyyən qədər imkan yaradır”.

Sərdar Cəlaloğlu qeyd edib ki, ABŞ siyasətinin uğuru daha çox Vaşinqtonun tutacağı siyasətdən asılı olacaq: “Normal mövqelərdən istifadə edəcəkmi, nə dərəcədə ədalətli olacaq, ikili standartlardan imtina edəcəkmi, beynəlxalq hüquqa uyğun siyasət aparmağa üstünlük verəcəkmi? Məncə, hər şey bundan asılı olacaq”./Teleqraf.com

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …