Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Qadını şikəst edib, ailəsini 40 min manat ziyana salan həkimdən  ŞİKAYƏT

Qadını şikəst edib, ailəsini 40 min manat ziyana salan həkimdən  ŞİKAYƏT

Bakı sakini Fatma Cəfərova 2017-ci ilin yanvarında ayağında ağrılar hiss etdiyi üçün “Medika Hospital”-a müraciət edib.

Yenicag.az xəbər verir ki, 65 yaşlı xəstəni müayinə edən cərrah-travmatoloq Emin Kazım Fatma Cəfərovanın yalnız əməliyyat yolu ilə sağalacağını bildirib. Yaşlı qadının ailəsindən 7 min manat əməliyyat pulu alan həkim, Fatma xanımın 3 günə ayağa qalxacağını deyib. Lakin əməliyyatdan sonra xəstənin vəziyyəti daha da pisləşib. Buna isə əməliyyat zamanı xəstənin ayaq sinirlərinin kəsilməsi və ayağına qoyulan implantın çürüməsi səbəb olub.

Qadını şikəst edib, ailəsini 40 min manat ziyana salan həkim

Daha sonra vəziyyəti ağırlaşan Fatma Cəfərova Türkiyəyə aparılıb. Ümumilikdə, “Medika Hospital”-ın həkimi Emin Kazımın səhlənkarlığı xəstənin ailəsinə 40 min manata başa gəlib. Qadın 6 aydır ki, yatağa məhkum olub və türkiyəli həkimlər tərəfindən müalicəsi davam etdirilir.

Haqqında şikayət olunan Emin Kazımla da əlaqə saxladıq. Lakin o, saytımıza açıqlamasında iddiaları qəbul etmədi.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın