Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Qadın özünü qatarın altına atıb” – Açıqlama

“Qadın özünü qatarın altına atıb” – Açıqlama

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti elektrik qatarının qadını vurması məsələsinə aydınlıq gətirib.

 

ASC-dən Trend-ə daxil olan məlumata görə, 17 sentyabr 2015-ci ildə saat 07.55-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Baş Keşlə – Bakı yük mənzilinin 2656-cı kilometrindən keçərkən hadisə baş verib.

 

Bakı şəhəri Keşlə qəsəbə sakini, Aşıq Qərib küçəsi ev 33 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Qətibə İsmayıl qızı Abdullayeva qatarın çatmasına 15-20 metr qalmış qəfildən dəmir yolu xəttinin üzərinə uzanaraq intihar edib.

 

İlkin məlumata görə, mərhum Q. Abdullayevanın ruhi xəstə olduğu bildirilir.

 

Elektrik qatarının müşahidə kamerası ilə hadisə vaxtı qeydə alınan görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib.

 

Elektrik qatarı 27 dəqiqə gecikmə ilə Bakı-sərnişin stansiyasına daxil olub.

 

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın