Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Qaçqın” statusu verilməsi haqqında qaydaya dəyişiklik edildi

“Qaçqın” statusu verilməsi haqqında qaydaya dəyişiklik edildi

İlham Əliyev “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Azinforum.az AzərTAc-a istinadən bildirir ki, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na aşağıdakı məzmunda 16-cı hissə əlavə edilib: “Şəxsə qaçqın vəsiqəsi verilərkən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, eyni zamanda, həmin şəxsi yaşayış yeri üzrə qeydiyyata alır. Bu məqsədlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə ilə müəyyən olunmuş sənədləri tələb edir. Yaşayış yeri olmayan qaçqın statusu almış şəxslər yaşayış yeri əldə edənədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın