Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Qərb Universitetində master-klass keçirilib

Qərb Universitetində master-klass keçirilib

Noyabrın 22-də Avropa Dizayn İnstitutunun (İstituto Europeo di Design) nümayəndələri ilə Qərb Universiteti tələbələri arasında “Azerbaijan Fashion Week” layihəsi çərçivəsində ənənəvi görüş keçirilib.
Görüşdə İED Venesiya şöbəsinin direktoru İgor Efrem Zanti və region üzrə menecer Olqa Myelkova iştirak ediblər.
Qərb Universitetinin Dizayn kafedrasının müdiri Pərvanə Əliyeva qonaqları salamladı və universitetin İED ilə əməkdaşlığının önəmli olduğunu qeyd edərək gələcəkdə mübadilə proqramları çərçivəsində bir çox layihələrin baş tutacağına ümid etdiyini söylədi.
Sonra Cənab İgor Efrem Zanti “İtaliya və Azərbaycan dizaynın müqayisəli analizi” mövzusunda mühazirə söylədi və tələbələrin çoxsaylı suallarına cavab verdi.

Qərb universitetinin mətbuat xidməti

 

q1

q2

q3

q4

 

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın