Ana səhifə / Siyasət / Qərb-25 il

Qərb-25 il

Qərb universiteti İnformasiya texnologiyaları, Maliyyə, Biznes və Beynəlxalq münasibətlər üzrə mükəmməl təhsil verir

(Universitet texniki, iqtisadi, humanitar fənnlər üzrə dekan və müəllimlərə müsabiqə elan edir)

Azərbaycan Respublikasının ilk özəl universitetlərindən biri olan Qərb Universitetinin əsası 1991-ci ildə qoyulub və hazırda ölkənin aparıcı universitetlərindən biridir. Universitet 1996-ci ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, Beynəlxalq Universitetlər Assosiasiyasının, Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin və Beynəlxalq İnzibati Elmlər İnstitutunun “Atlas” Beynəlxalq Turizm Assosiasiyasının üzvüdür.
Qərb Universitetində 5 fakültədə 36 ixtisas – İnformasiya Texnologiyaları və Sistem Mühəndisliyi, Kompyuter Mühəndisliyi, İqdisadiyyat, Dünya İqdisadiyyatı, Maliyyə, Biznes İdarəçiliyi, Turizm və Mehmanxana menecmenti, Beynəlxalq münasibətlər, Dizayn və sair sahələr üzrə ali təhsil verilir.
Universitet tədrisin keyfiyyətinə istiqamətlənmiş tədbirlər çərçivəsində aşağıdakı əsaslarla dekan və müəllimlər üçün vakansiyalar üzrə müsabiqə elan edir:

Fakültə dekanı vəzifəsini tutmaq üçün:
• İşgüzar inzibatçılıq fakültəsi;
• Mühəndislik fakültəsi;
• Magistratura və doktorantura departamenti.
Namizədlərə tələblər:
• Boloniya kreditli təhsil sisteminə uyğun tədris idarəetməsi bacarıqları;
• Minimum elmlər namizədi (doktor) olmaqla müvafiq elmi dərəcə;
• İş təcrübəsi;
• Dil və İKT bacarıqları;
• Müəllim və tyutorlarla işləmə bacarığı.
Qeyd: Məvacib namizədin təcrübə və qabiliyyətlərinə müvafiq olaraq müəyyənləşdiriləcəkdir.

Kafedralarda boş olan müəllim vəzifələrini tutmaq üçün:
• Politologiya və beynəlxalq münasibətlər;
• Hüquq və humanitar fənnlər;
• İqtisadiyyat, marketinq və menecment;
• Riyaziyyat və kompyuter texnologiyaları;
• Dizayn;
• Dil hazırlığı;
• İngilis dili filologiyası kafedrası.
Namizədlərə tələblər:
• Minimum magistr dərəcəsi olmaqla elmi dərəcə;
• Ali məktəblərdə iş təcrübəsi (tam ştatlı müəllimlər üçün);
• Tədris ediləcək fənn və ya fənnlərin əsaslarını dərindən bilmək;
• Mükəmməl yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• İngilis dili, rus dili bilənlərə üstünlük verilir.
Qeyd: Məvacib müəllimlərin təcrübələrinə və dərs yükünə müvafiq olaraq müəyyənləşdiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər mövzu yerinə müraciət etdiyi vakansiyanın adını yazmaqla CV-lərini [email protected] ünvanına göndərə və ya Qərb Universitetinə təqdim edə bilərlər.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət 27
Telefon: 012-497-01-14; 050-999-19-91;

Qərb universitetinin mətbuat xidməti

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın