Ana səhifə / Siyasət / “Qələbələrimiz bütün xalqımızın sevinci və qürurudur”– Rəfael Ağayev

“Qələbələrimiz bütün xalqımızın sevinci və qürurudur”– Rəfael Ağayev

“Məni daim doqquz qat Avropa çempionu kimi xatırlayırlar. Ancaq yeniyetmələr arasında keçirilən yarışlardakı uğurlarımı da əlavə etsək, 12 dəfə Avropa və 4 dəfə dünya çempionu adını qazanmışam. Bugünkü qələbədən sonra isə ilk Avropa Oyunlarının qalibi oldum. “Bakı-2015” birinci Avropa Oyunları digər çempionatlardan çox fərqlənir”.

Bu sözləri IAvropa Oyunlarında karate idman növünün kumite yarışlarında 75 kiloqram çəki dərəcəsində çempion olan idmançımız Rəfael Ağayev deyib.

“Yeddi yaşımdan karate ilə məşğulam. Artıq 30 yaşım var. Əslində mən idmanda gənc sayılmıram. Ancaq həmişə Azərbaycanı layiqincə təmsil etməyə çalışıram. Çünki qələbələrimiz bizimlə yanaşı, bütün xalqımızın sevinci və qürurudur”, – deyə Rəfael Ağayev bildirib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın