Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Putinlə Ərdoğanı görüşdürən iş adamı Cavid Çağlar, Abdullah Öcalanı Türkiyəyə necə gətirib?

Putinlə Ərdoğanı görüşdürən iş adamı Cavid Çağlar, Abdullah Öcalanı Türkiyəyə necə gətirib?

Zeynəb Gürcanlı

Türkiyənin taleyinə təsir edən hadisələrdəki mühüm şəxs: Cavid Çağlar
Putinlə Ərdoğanın barışmağında vasitəçi olan Cavid Çağlar Öcalanın Türkiyəyə gətirilməsində də mühüm rol oynamışdı.
Türkiyə və Rusiya arasında oktyabr ayındakı təyyarə böhranının ardından Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında “əlaqə yaratdığı” iddia edilən keçmiş siyasətçi, iş adamı Cavid Çağlar, Türkiyənin yaxın tarixində də yenə mühüm rol oynamışdı. PKK terror təşkilatının lideri Abdullah Öcalan da Keniyadan Türkiyəyə yenə iş adamı Cavid Çağlara aid xüsusi təyyarə ilə gətirilmişdi.
Öcalan, 17 il əvvəl 1999-ci ildə gizləndiyi Keniyadakı Yunanıstan səfirliyinin iqamətgahından “Hollandiyaya aparılacağı” deyilərək çıxarılıb Nairobi hava limanına aparıldı. Buradan da Cavid Çağlara aid Falcon 900b təyyarəsi ilə TSQ-nın ( Türkiyə Silahlı Qvvələri ) xüsusi təyinatlıları tərəfindən Türkiyəyə gətirildi. Türk zabitlərinin Öcalana dediyi o tarixi “Abdullah Öcalan, məmləkətə xoş gəldin” cümləsi, Çağların təyyarəsində təyyarə Türkiyənin hava sahəsinə girdiyi zaman deyilmişdi. Türkiyənin yaxın tarixində ən mühüm hadisələrdən biri olan və Cavid Çağların da aparıcı rol oynadığı Öcalanın vətənə gətirilməsinə dair detalları, dövrün Nəqliyyat Nazirinin müşaviri professor Həsən İşgüzar Sözçüyə danışıb;

“ÖCALAN TÜRKİYƏYƏ ÇAĞLARIN TƏYYARƏSİ İLƏ GƏTİRİLDİ, ÇÜNKİ…”

Öcalanın Keniyadan gətirilməsi üçün Cavid Çağların təyyarəsinin seçilməsinin səbəbi Türkiyədə Falcon 900 B tipli yeganə təyyarənin o olması idi. O dövrdə Öcalanın Keniyada gizləndiyi Yunanıstan səfirliyindən Hollandiyaya “Falcon 900b” tipli bir təyyarə ilə aparılacağı barədə kəşfiyyat məlumatı alınmışdı. Türkiyədə bu tipli yeganə təyyarə Çağların təyyarəsi olduğu üçün iş adamından icazə alınaraq istifadə olundu. Kəşfiyyat əməliyyatları ilə yunanların Öcalanı Hollandiyaya aparacağı təyyarənin quyruq nömrəsi üzərindəki rənglərə qədər hər cür detal öyrənildi. Çağların təyyarəsi də Türkiyədə bu rənglərə boyandı, həmin işarələr təyyarəyə əlavə olundu.
Hollandiyadan bəhs olunan quyruq nömrəsinə malik əsl təyyarənin gözlənilməz şəkildə Keniyaya girməsi, Keniya hava məkanında eyni tip və eyni quyruq nömrəsi ilə iki ayrı təyyarənin diqqət çəkərək əməliyyatın pozula biləcəyindən narahat olan türk höküməti təyyarəni birbaşa Keniyaya deyil, əvvəlcə Uqandaya göndərdi. Öcalanı Türkiyəyə gətirəcək əvvəlcədən müəyyən olunmuş türk xüsusui təyinatlıları dəstəsi də “banan taciri” sifəti ilə Uqandaya getdi. Dəstənin tərkibində pilotlardan başqa, həmçinin xüsusi təlim görmüş təhlükəsizlik əməkdaşları, kəşfiyyatçılar, bir də hərbi həkim var idi.

ƏSL TƏYYARƏNİN HOLLANDİYADAN HAVAYA QALXMASI GÖZLƏNİLDİ

Uqandadakı türk xüsusi təyinatlıları yunanların Öcalan üçün hazırladığı təyyarənin Hollandiyadan havaya qalxmasına qədər gözlədi. Bəhs olunan təyyarənin Hollandiyadan havaya qalxdığı öyrənildiyi an xüsusi təyinatlılar briqadası və xüsusi olaraq hazırlanmış Cavid Çağların təyyarəsi Uqandadan havaya qalxdı. Xüsusi təyinatlıları daşıyan təyyarə Keniyaya məsafə daha yaxın olduğundan digər təyyarədən bir neçə saat əvvəl eniş etdi.

TƏYYARƏ…

Keniyadakı Yunanıstan səfirliyinin iqamətgahında olan Öcalana “Hollandiyaya aparılacağı təyyarənin gəlməkdə olduğu” deyilərək çölə çıxarıldı, Öcalan iqamətgahdan iki maşınla çıxdı. Birinci maşında özü, arxadakı maşında isə cangüdənləri var idi. Öcalanı aparan maşın yunan iqamətgahından çıxan kimi, türklər tərəfindən əvvəlcədən əməkdaşlıq üçün razılaşdırılmış Keniya polisi dövrəyə girdi. Keniya polisi öndə gedən Öcalanın maşınının hava limanına keçidinə icazə verdi, ancaq arxadakı içində cangüdənlər olan maşını dayandırdı. Beləliklə, Öcalan ilə cangüdənlərinin bir-birindən ayrılması təmin olundu.

Öcalanı aparan maşın isə birbaşa hava limanına getdi və Cavid Çağların təyyarəsində gözləyən Türk xüsusi təyinatlılarına təslim edildi. Öcalan son ana qədər Hollandiyaya aparılacağını, təyyarənin də Yunan hökuməti tərəfindən göndərildiyini güman edirdi. Ancaq Hollandiyadan yola çıxan əsl təyyarə hələ Keniyaya çatmamış, eyni quyruq nömrəsinin üzərində işləndiyi Cavid Çağların təyyarəsi Keniyadan Türkiyəyə doğru yola çıxmışdı. Öcalan Cavid Çağların təyyarəsindən istifadə edilərək Türkiyəyə gətirildi və məhkəmə qarşısına çıxarıldı.

Tərcümə etdi: Rahib Heydər( Tərəfdar.az)

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın